Azərbaycan daşıyıcılarının bazar payının artırılması müzakirə edilibbackend

Azərbaycan daşıyıcılarının bazar payının artırılması müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq avtomobil daşımaları bazarında milli daşıyıcıların payının artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması müzakirə edilib.

Bu barədə müzakirələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Transit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi və “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyi arasında keçirilmiş görüşdə baş tutub.

Daşıyıcıların və sürücülərin rəqabət qabiliyyətliyinin yüksəldilməsi, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, daşıyıcıların və nəqliyyat ekspeditor şirkətlərinin peşəkarlıq səviyyəsinin artırılması kimi aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb.