2023-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 063,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
İnterpress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 8,1 % çoxdur.
Ötən il alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,2 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
2023-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.