Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Moldovanın İnvestisiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
İnterpress.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sənədə Kişineuda keçirilmiş Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasında imza atılıb.
Memorandumda qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.