Azərbaycan telekanallarında efirin əsas hissəsini informasiya və analitik proqramları təşkil edir – STATİSTİKAbackend

Azərbaycan telekanallarında efirin əsas hissəsini informasiya və analitik proqramları təşkil edir – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin dekabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 24,8 faizini təşkil edib.

İnterpress.az  xəbər verir ki, bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6 %, idman 15,2 %, musiqi və əyləncə janrında olan proqramlar 12,7 %, mədəni-maarif janrında olan proqramlar 8,1 %, sosial yönümlü proqramlar 4,9 %, yerli bədii filmlər 0,8 və xarici filmlər 4,3 %, anons və elanlar 3,5 %, seriallar (xarici istisna olmaqla) 2 %, sosial reklamlar 0,7%, cizgi filmlər 1%, teleticarət xarakterli proqramlar 0,5 %, uşaq proqramları 0,4 % təşkil edib.

Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onların özəl çəkisi 42,4 % təşkil edib. Reklam və sponsor təqdimatları 19,5 %, seriallar (xarici istehsal) 7,2 %-dir.

İctimai Televiziyada ümumi efirin ən çox hissəsini 25,3%-lə informasiya və analitik proqramları təşkil edir. Mədəni-maarif janrında olan proqramlar 22,4 %, musiqi və əyləncə proqramlar 9,3 %-dir.

ATV-də reklam və sponsor təqdimatları 18,6 %, musiqi və əyləncə janrında olan proqramlar 18,6% informasiya və analitik proqramlar ümumi efirin 14,5%-ni təşkil edib.

Space TV-də musiqi və əyləncə proqramları 20,4 %, sosial yönümlü proqramlar 14,10 %, reklam və sosial təqdimatları efir vaxtının 17,4 %-ni təşkil edi.

Xəzər TV-də ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların çəkisi 20,6 faiz təşkil edir. Musiqi və əyləncə janrında olan proqramların payı 19%, informasiya və analitik proqramlar 15,4 % təşkil edir.

ARB televiziyasında musiqi və əyləncə janrında olan proqramlar 27,3 %, reklam və sponsor təqimatları isə 20% təşkil edib. Həmçinin sosial yönümlü proqramlar 14,6% -dir.

Real TV və ARB24 telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtının ən çox özəl çəkisi informasiya və analitik proqramlar təşkil edir – müvafiq olaraq 61,6 % və 81,5%.