Azərbaycan vətəndaşlarının 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunurbackend

Azərbaycan vətəndaşlarının 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğun olar.

İnterpress.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Təklif edirəm ki, 200 manata qədər deyil, azı minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edər”, – deyə o qeyd edib.

“Oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 iri bankın payına düşüb. Həmin banklarda da illik faizlər 6 % və daha aşağıdır”, – deyə deputat əlavə edib.