“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” daha 50 milyon dollarlıq istiqraz buraxırbackend

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” daha 50 milyon dollarlıq istiqraz buraxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Fond Birjası” QSC-də (BFB) daha 50 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

İnterpress.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər yarım illik ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları investorlardan geri almaq öhdəliyi yoxdur, lakin istiqrazların tədavül müddətinə 2 il qalmış, emitent istiqrazları nominal dəyərlə investorlardan geri almaq hüququ qazanır.

Xatırladaq ki, ASCO bu il martın 3-də eyni şərtlərlə 100 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirib. Qiymətli kağızlara 113,997 milyon ABŞ dolları dəyərində 125 sifariş verilib. Sifarişlərin 89,1 %-i hüquqi şəxslərə, 10,9 %-i isə fiziki şəxslərə məxsus olub.

***

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə istiqrazlar premium bazar seqmentində listinqə daxil edilib.

BFB-nin yaydığı məlumata görə, qiymətli kağızlara abunə yazılışı bu il dekabrın 18-dən gələn il fevralın 18-nə davam edəcək.

Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.