Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
İnterpress.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk” – paylaşımda qeyd olunub.
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.