Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı artıbbackend

Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4,4 milyard ABŞ dolları təşkil edib.

İnterpress.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə birbaşa xarici investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 79,2 % olub ki, bu da 1 il əvvələ nisbətən 9,4 faiz bəndi çoxdur.