Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi AÇILDIbackend

Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağcabədi rayonunda ana olan 15 yaşlı qız ilə bağlı cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədidə 15 yaşlı qızın dünyaya uşaq gətirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:
“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb”.
Qeyd edək ki, ötən gün 2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övlad dünyaya gətirib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır.
İnterpress.az