Azərbaycanda cinsi istismara məruz qalan şəxslərin sayı AÇIQLANDIbackend

Azərbaycanda cinsi istismara məruz qalan şəxslərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparılan araşdırmalar zamanı müəyyən edilən 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikası vətəndaşı, biri isə əcnəbi olub.

İnterpress.az-ın məlumatına görə, bu barədə Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatın dinlənməsi zamanı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.

O bildirib ki, bu şəxslərdən 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb:

“Zərərçəkənlərdən 80-ni sığınacağa yerləşdirilərək, hər birinə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib. ƏƏSMN-in insan alveri qurbanları üçün yardım mərkəzində 90 qurbanın reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlər görülüb. Onlardan 12-si işlə təmin olunub, 25-i peşə kurslarına göndərilib, 58-i ailələrinə qaytarılıb. Doqquzuna şəxsiyyəti təsdiq edən sənədlərin alınmasına kömək edilib və hər birinə 700 manat birdəfəlik müavinat ödənilib.

Qurbanların övladları da diqqətdə saxlanılaraq, 12 uşaq məktəbəqədər təhsil proqramlarına cəlb edilib. Doqquzunun atalığı müəyyən edilərək aliment alması, 14-nə doğum şəhadətnaməsinin verilməsi təmin olunub”.

Seyfulla Əzimov qeyd edib ki, internet informasiya resurslarının və KİV-lərin monitorinqi zamanı insan alveri, onun növləri və ictimai mənəviyyat əleyhinə olan 370-ə yaxın huquqazidd əməl aşkarlanıb və qanunauyğun tətbirlər görülüb.

 

İnterpress.az