Azərbaycanda seçicilərin sayı artıbbackend

Azərbaycanda seçicilərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda seçicilərin sayı artıb.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.

Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub: “Bununla bağlı mütəmadi iş aparılır. Biz çalışırıq ki, dünyasını dəyişmiş şəxslərin adları seçici siyahılarında olmasın. Artıq şəhidlərin də siyahısı MSK-ya təqdim olunub”.

PA rəsmisi sonda seçicilərin ümumi sayının 6 milyon 354 min 556 nəfər təşkil etdiyini vurğulayıb.