Azərbaycanda zədələnmiş təyyarə mühərrikinə görə sığorta ödənişi verilib – EKSKLÜZİVbackend

Azərbaycanda zədələnmiş təyyarə mühərrikinə görə sığorta ödənişi verilib – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, ödəniş “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) verilib.

Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətləndirilmələr bitdikdən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş həyata keçirilib.