Azərbaycanda zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyibbackend

Azərbaycanda zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün baş vermiş zəlzələ nəticəsində Azərbaycandakı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, agentliyin mütəxəssisləri yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Prosesin günün sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra AAYDA-nın müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib.