Azərbaycanın bank sektoru 2023-cü ildə 1 milyard 075,9 milyon manat xalis mənfəət əldə edib.
İnterpress.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 17,65 % çoxdur.
Ötən il bankların vergiyəqədərki mənfəəti 1 milyard 381,1 milyon manat (əvvəlki ilə nisbətən 17,7 % çox), mənfəət vergisi ödəmələri isə 308,2 milyon manat (17,9 % çox) təşkil edib.