Azərbaycanın müdafiə sənayesi nazirinə yeni müavin təyin edilibbackend

Azərbaycanın müdafiə sənayesi nazirinə yeni müavin təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.

O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Mühəndis iqtisadiyyatı və idarəetmə” (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” (MBA) dərəcəsi əldə edib.

V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə “PAŞA Holdinq” MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin Təftiş Komissiyalarının sədri olub.