2023-cü ildə Azərbaycanın regionlarında vergi yığımı 2022-ci illə müqayisədə 11 % çox olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, ötən il regionlardan 1,5 milyard manat vergi yığılıb.