Azərbaycan İraqla iqtisadi əlaqələrə dair məsələləri müzakirə edəcək.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“İraq Respublikasına səfərimiz çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə görüşlər keçirəcək və ikitərəfli iqtisadi əlaqələrə dair məsələləri müzakirə edəcəyik” – deyə, nazir qeyd edib.