Azərbaycanlı gənc idmançı Çində vəfat edibbackend

Azərbaycanlı gənc idmançı Çində vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın məlumatına görə Çində doktorantura təhsili alan, bir çox beynəlxalq yarışlarda Azərbaycanı  layiqincə təmsil edən Sadiq Həsənov uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən Çində müalicə aldığı xəstəxanada həyatıın itirib.

Sadiq idmanın müxtəlif döyüş növləri üzrə dəfələrlə yerli və xarici ölkə çempionu olub. Sadiq professional idmançı kimi Çin Respublikasında kino çəkilişlərinə də dəvət alıb. Onun bu sahədə istedadı üzə çıxdığı üçün onlarla döyüş filmlərinə çəkilib. Əcnəbi ölkədə təhsillə yanaşı, idman sahəsində əldə etdiyi uğurlarla Azərbaycanımızın bayrağını zirvələrdə dalğalandırıb.

Qeyd edək ki, Sadiq Həsənov ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb. 2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvüdür. Uzun illər idmanın döyüş növləri- Kinqboks, Tayboks və Uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb. 2010-2015-ci illərdə Uşu üzrə Azərbaycan çempionatının qalibi olub. O 2016-2019-cu illərdə Çin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil edib. Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilini davam etdirirdi və Çinin Pekin İdman Universitetində doktoranturada oxuyurdu.

Xatırladaq ki, Sadiq Həsənov təhsilinin magistratura pilləsini də bu universitetdə alıb və 2018 -ci ildə məzun olub. Sadiq Həsənov Çində təhsil almağa müsabiqə yolu ilə seçilib və bu ölkəyə dövlət xətti ilə göndərilib. Çində idman təhsili ilə yanaşı həm də Çin dilinin dərinliklərini öyrənə bilib, təhsilini də hazırda çin dilində alır. Dörd xarici dil bilən Sadiq Həsənov idmanın bir neçə sahəsi ilə yanaşı, eyni zamanda “body-fitness”lə ilə də məşğul olub, ayrı-ayrı yarışlarda uğurla çıxış edib.

Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olan həmyerlimiz dəfələrlə birincilik qazanıb. O, Pekində keçirilən “Beijing Students Fitness Model contest” yarışmasının da qalibi olub və “Ən istedadlı yarışçı”adına layiq görülüb.

Allah rəhmət eləsin.