Bacısını kanalda boğaraq qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilibbackend

Bacısını kanalda boğaraq qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bacısını kanala ataraq boğub öldürməkdə təqsirləndirilən Elşən Abdulovun barəsində Şabran rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

İnterpress.az-ın məlumatına görə, hakim Çingiz İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib.

E. Abdulov barəsində 3 ay həbs qətimkan müddəti seçilib.

Qeyd edək ki, avqustun 31-də gecə saatlarında Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla hadisəni zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

İnterpress.az