“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib.
Bu barədə İnterpress.az ADY-ya istinadən xəbər verir.
Məlumata görə, əlavə qatar reysləri yanvarın 4-də saat 07:50-da Bakıdan Ağstafaya, həmin gün saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.
Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.