İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb.
İnterpress.az xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub.
Xatırladaq ki, “Bakı Biznes Mərkəzi” 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.