“Bakı Fond Birjası” Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü olubbackend

“Bakı Fond Birjası” Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Fond Birjası” (BFB) QSC Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) üzvlüyünə qəbul edilib.

İnterpress.az bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilib və əməkdaşlığın aparılmasına qərar verilib.

“AHK Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir, şirkətlərə bazar araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.