Bakıda “07”ni qaçırıb “Moskviç” nömrəsi ilə sürdülərbackend

Bakıda “07”ni qaçırıb “Moskviç” nömrəsi ilə sürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil qaçırılıb.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə oktyabrın 25-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindən S.Şəmilzadəyə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 3-də Nardaran qəsəbəsi ərazisində üzərində Bakı şəhər sakini N.Qasımova məxsus “Moskviç” markalı avtomobilin dövlət qeydiyyat nişanları olan vəziyyətdə tapılmıb.

 

Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluq,  talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Dəmirov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.