Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, hadisə Maştağa-Buzovna şossesində qeydə alınıb.
1973-cü il təvəllüdlü Şirinova Kəmalə Şəfaqət qızı yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı şok vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.