Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldıbackend

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

İnterpress.az bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, “Toyota Prado” markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Pərviz Elşad oğlu Muradov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən, sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.