Bakıda bərbərxanaya basqın edildibackend

Bakıda bərbərxanaya basqın edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bərbərxanada quldurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fəaliyyət göstərən bərbərxanaya daxil olan naməlum şəxs əlindəki dəmir parçası ilə orada işləyən Orxan Kazımova hücum edərək, onu hədələyib və 120 manatını alaraq hadisə yerindən qaçıb.

Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Malik Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işinə başlanılıb.

 

İnterpress.az