Bakıda gənc ölü tapıldıbackend

Bakıda gənc ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 5-də Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində üzərində zorakılıq əlamətləri olmayan, təxminən 25-30 yaşlarında bir gəncin meyiti tapılıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Araşdırma zamanı onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Həmin şəxsin əvvəllər narkotik ticarəti ilə bağlı məhkum olunmuş, 1999-cu il təvəllüdlü Əfqan Məmmədov olduğu məlum olub.

Ölümün səbəbi hələlik müəyyən edilməyib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 

İnterpress.az