Bakıda “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilirbackend

Bakıda “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir.

İnterpress.az xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edir.

Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər müzakirə ediləcək.

Həmçinin “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans çərçivəsində sərgi də keçirilir. Sərgidə iştirakçılara kolonializm dövründəki dini və milli kimliklərə dair nəzəri və praktik baxışlar təqdim edilir.

Bundan əlavə, konfrans zamanı Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatlarından biri arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.