Bakıda qayınata kürəkənini ÖLDÜRDÜbackend

Bakıda qayınata kürəkənini ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlanaraq öldürülməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlunun şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilub. Mehdi Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

 

İnterpress.az