Bakıda taksilərin sayı 2 dəfə azaldılıbbackend

Bakıda taksilərin sayı 2 dəfə azaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb.

İnterpress.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

“Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, – deyə o əlavə edib.