Bakının Nizami rayonunda qaz təchizatı dayandırılacaqbackend

Bakının Nizami rayonunda qaz təchizatı dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə aprelin 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.