“Bank of Baku” icarəyə götürdüyü ofisə görə məhkəməlik oldubackend

“Bank of Baku” icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank of Baku” məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, bank barəsində iddiaçılar apellyasiya şikayəti verib.

Belə ki, birinci instansiya məhkəməsinin qərarından narazı qalan Balacayev Ramiz Əlqəmə oğlu, Fərhadov Tofiq Cəbrayıl oğlu, Fərhadov Adıgözəl Cəbrayıl oğlu və Fərhadova Şərqiyyə Fərhad qızı Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – kirayə müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

İşin mahiyyətindən məlum olur ki, “Bank of Baku”nun həmin şəxslərdən icarəyə götürdüyü ofis və ya ofislərlə bağlı mübahisələr yaranıb. Bu mübahisə ya icarə haqqı, ya da digər məsələlərlə bağlı ola bilər.

Məlumat üçün xatırladaq ki, “Bank of Baku” 2024-cü ilin yanvar ayı ilə yanaşı, fevral ayında 5,26 indeksi ilə Azərbaycanda ən çox şikayət edilən bank seçilib.