Banqladeşdə naməlum şəxslərin dəmir yolu xəttində relsləri kəsməsi nəticəsində baş verən qatar qəzasında 1 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Banqladeşin Mymensingh şəhərindən paytaxt Dəkkəyə gedən sərnişin qatarı şəhərdə qəza törədib.
Qəzada 1 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb.
Səlahiyyətlilər qəzanın dəmir yolu xəttindəki relslərin 6 metrinin naməlum şəxslər tərəfindən kəsilməsi səbəbindən baş verdiyini, qəza nəticəsində 7 vaqonun relsdən çıxdığını bildirib.
Dəmir yolu rəsmiləri relsdən çıxan vaqonları qaldırmaq üçün kranlar çağırsa da, təmir işlərindən sonra xəttin yenidən hərəkətə açılacağını bildiriblər.
Dəmir yolunda relsləri kəsən şübhəlilərin tapılması üçün istintaq başladılıb.