Baqiri İranın yəmən xalqı və İsrailə qarşı Yəmən Müqaviməti ilə həmrəy olduğunu vurğulayıb
interpress.az xəbər verir ki, bu barədə fars mediası məlumat yayıb. Bildirilir ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Yəmənin Milli Qurtuluş Hökumətinin nümayəndəsi və danışıqlar heyətinin rəhbəri Məhəmməd Əbdül Salamla telefonla danışıb.
Telefon danışığında İranın xalqı və İsrail rejiminə qarşı Yəmən Müqaviməti ilə həmrəyliyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az