“Baqrataşen” keçid məntəqəsində gizli dərman anbarı AŞKAR OLUNDU – FOTObackend

“Baqrataşen” keçid məntəqəsində gizli dərman anbarı AŞKAR OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni gömrükçüləri “Baqrataşen” keçid məntəqəsində qaçaqmalçılıq yolu ilə daşınan dərman anbarı aşkar ediblər.

interpress.az xəbər verir ki, bu barədə erməni mediasına Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Erməni gömrükçüləri “Baqrataşen” keçid məntəqəsində qaçaqmalçılıq yolu ilə daşınan dərman anbarı aşkar ediblər.

Qanun pozucusu nəzarət-buraxılış məntəqəsinə “QAZ” markalı evakuatorla gəlib. Bəyannamə verilməli malların olub-olmaması ilə bağlı suala mənfi cavab verib. Buna baxmayaraq, gömrükçülər şübhələniblər.

Avtomobil rentgen və hərtərəfli yoxlamaya göndərilib. Nəticədə oradan ümumi çəkisi 61 kq olan dərman preparatları və boş qutular aşkar edilib.

Qeyd edək ki, gömrük xidmətləri 2024-cü ilin yanvar-iyul aylarında ümumi çəkisi təxminən 340 kq olan qaçaqmalçılıq yolu ilə Ermənistana dərman preparatlarının gətirilməsinə 16 cəhdin qarşısını alıb.

Xuraman Etibarlı

İnterpress.az