Baş Prokurorluq: “Bu il 41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib”backend

Baş Prokurorluq: “Bu il 41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin birinci yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 41 072 985-dir.

Belə ki, 2021-ci ilin birinci yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 072 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib”, – Baş Prokurorluqdan bildirilib.