2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Xalqımız bu dəfə də səsini inandığı, güvəndiyi, taleyini etibar etdiyi şəxsə verəəcək.
Xalq 30 il işğal altında qalan torpaqlarmızı işğalçılarıldan azad edən lideri özünə rəhbər seçəcək.
Xalq başımızı dik edən, millətə inanmını qaytaran, ölkəmizi dünyanın siyasi, mədəni, iqtisadi mərkəzinə çevirən, dünya liderlərinin hesablaşdığı, adını tarixə qızıl hərflərlə yazdıran ŞƏXSİYYƏTİ özünün PREZİDENTİ seçəcək.
Xalq bu dəfə də Ulu öndər Heydər Əliyev ideyalarına səs verəcək.
Bu gün hər bir azərbaycanlı fəxarət hissi keçirir və qürur duyur ki, üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, sücaətli Vətən oğulları suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa ediblər. Bu qalibiyyətin memarı, baş sərkərdəsi İlham Əliyevdir! 30 ildən sonra biz seçkilərə suverenliyi bərpa olunan ölkənin vətəndaşları kimi qatılacağıq.
Daha üzümüz ağ, alınımız açıqdır, çünki Şuşaya, Xankəndiyə gedən yollarımız açıqdır. Çünki heç bir kəndimiz, şəhərimiz işğal altında deyil. İşağldan azad edilmiş obalarımızda əzan səsi eşidilir, yenidənqurma, abadlıq işləri həyata keçirilir.
Dövlətin, ölkənin gücü tək onun iqtisadi inkişafı, təbii sərvətləri ilə bağlı deyil, həm də onun lideri ilə bağlıdır. Biz bu baxımdan da bəxti gətirən xalqıq. Çünki bizim praqmatik, peşəkar siyasətçi, xalqını, dövlətini sevən, Ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən, ən əsası hər bir azərbaycanlının sevimlisinə, güvən yerinə çevrilən İlham Əliyev kimi ölkə başçımız var. Məhz Onun sayəsində Azərbaycan regionun lider ölkəsinə, söz sahibinə çevrilib. Məhz Onun misilsiz xidmətlərinin nəticəsində respublikamız dünyada seçilir, qəbul edilir, dəyərləndirilir. Şübhəsiz ki, bu uğurlar, 2024-cü ilin fevralında sonra da davam edəcəkdir. Çünki dövlət gəmisinin sükanı etibarlı əllərdədir. Bu baxımdan hər bir azərbaycanlı əmindir ki, nailiyyətlərimiz gələcək illərdə də davam edəcək.
Anar Məcidzadə,
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü