Bayden iqlim probleminə görə Rusiyanı qınadıbackend

Bayden iqlim probleminə görə Rusiyanı qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Rusiya və Çin BMT-nin iqlim dəyişikliyi üzrə COP26 konfransında kifayət qədər səy göstərməməkdə böyük səhv ediblər.

Jurnalistlərə açıqlama verən Bayden iqlim problemlərinin bütün dünyanın diqqətini çəkən yeganə və əsas məsələ olduğunu vurğulayıb.

“Və onlar (Çin) kənara çəkildilər. Eyni şey Putinə, Rusiyaya da aiddir. Tundra yanır, həqiqətən də yanır. Onların ciddi iqlim problemi var və bununla bağlı nəsə etməyə gələndə susurlar”, – deyə ABŞ lideri bildirib.

Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin konfransda şəxsən iştirak etməyiblər. Bununla belə, Rusiya lideri video formatda görüş iştirakçılarına müraciət edib. Vladimir Putin xüsusilə, meşələrin və unikal ekosistemlərin qorunmasından danışıb.

Bayden isə “tundranın yanması”ndan bəhs edərkən, təbii zonaları açıq-aşkar qarışdıraraq, səhvlərə meyliliyini yenidən nümayiş etdirib.