Bayden İsrailə xəbərdarlıq edib: Qoşunlar Rəfaha daxil olarsa, silah tədarükü dayandırılacaqbackend

Bayden İsrailə xəbərdarlıq edib: Qoşunlar Rəfaha daxil olarsa, silah tədarükü dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hərbçiləri Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyata başlayarsa, ABŞ İsrailə silah tədarükünə son qoyacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden CNN-ə müsahibəsində söyləyib.

“Açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha girsələr – ki hələ Rəfaha girməyiblər – əgər Rəfaha girsələr, silah tədarük etməyəcəyəm”, – o deyib.

Hava hücumundan müdafiə kontekstində danışan dövlət başçısı “Dəmir qübbə” baxımından İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəklərini vurğulasa da, silah və artilleriya mərmisi verməyəcəklərini diqqətə çatdırıb.

Bununla belə, Baydenin fikrincə, İsrail sözügedən münaqişədə qırmızı xətti keçməyib və Rəfahda əməliyyata başlamayıb.

Xatırladaq ki, mayın 5-də “Axios” ABŞ-nin İsrailə sursat tədarükünü dayandırdığını iddia etmişdi.