ABŞ Prezidenti Cozef Bayden respublikaçıların Ayova ştatında aparıcı namizədi Donald Trampı müxalifətin aşkar favoriti adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Deyəsən, Donald Tramp Ayova ştatında qalib gəlib. O, indiki mərhələdə müxalifətin aşkar favoritidir”, – C.Bayden söyləyib.
Xatırladaq ki, ABŞ-də seçkilərin ilkin mərhələsi artıq Ayova ştatında başlayıb. Tramp 52% dəstəklə ştata başçılıq edir.
İkinci yerdə respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb.