Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında deyilir.
Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
“Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.