Belçika İsrail işğalçılarının ölkəyə girişini qadağan edəcəkbackend

Belçika İsrail işğalçılarının ölkəyə girişini qadağan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordan çayının qərb sahilindəki ekstremist məskunlaşanların Belçikaya girişi qadağan olunacaq. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Belçikanın baş naziri Alexander De Croo Gent Universitetində “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümündə yenidən qiymətləndirilməsi” adlı konfransda çıxış edib.

Belçikanın İsrailin öz xalqını müdafiə etmə haqqını əvvəldən dəstəklədiyini bildirən De Croo, eyni zamanda mötədilliyə və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırdığını bildirib.

“Əgər biz (avropalılar olaraq) etibarlı olmaq istəyiriksə, Kiyevdə və ya Qəzzada günahsız insanlar öldürüləndə öz sözümüzü deməliyik. İordan çayının qərb sahilindəki ekstremist məskunlaşanların Belçikaya girişi qadağan olunacaq”, – De Croo deyib.

“Mülki insanlara qarşı zorakılığın nəticələri olacaq”. De Croo qeyd edib ki, Qərb Sahilində sülh, təhlükəsizlik və sabitliyə xələl gətirən insanlara qarşı sanksiyalarla bağlı ABŞ ilə əməkdaşlıq edəcək və Avropa İttifaqını (Aİ) bu istiqamətdə hərəkətə keçməyə təşviq edəcəklər.

2024-cü il yanvarın 1-də AB-nin dönəm sədrliyini təhvil almağa hazırlaşan Belçikanın baş naziri De Croo son günlər İsrailin Qəzzada dinc əhaliyə hücumları ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.

Noyabrın 23-24-də ispaniyalı həmkarı Pedro Sançes ilə İsrail və Fələstinə səfər edən De Croo bildirib ki, mülki insanların öldürülməsi indi dayandırılmalıdır. Çox sayda insan öldü. Qəzzanın dağıdılması qəbuledilməzdir.

Qərbi Şəriyədə məskunlaşanların zorakılığını və günahsız insanların öldürülməsini dayandırmalıyıq.