Belçikanın əmək məhkəməsi Brüssel Bələdiyyəsinin hicabına görə işə götürməkdən imtina etdiyi qadının verdiyi etiraz işində mənfi qərar verib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
2021-ci ilin yanvar ayında çadrasına görə Brüssel Bələdiyyəsinə iş müraciəti qəbul edilməyən qadın ayrı-seçkiliyə məruz qaldığı səbəbilə məhkəməyə müraciət edib.
Brüssel Birinci İnstansiya Mülki Məhkəməsində baxılan işdə bələdiyyə 2022-ci ilin dekabrında haqlı olaraq tapılıb.
Daha sonra iddiaçı məsələni 2023-cü ilin yanvarında Brüssel Əmək Məhkəməsinə verib.
Lakin məhkəmə Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsinin qərarına istinad edərək qadına qarşı ayrı-seçkiliyə məruz qalmadığına qərar verib.
Aİ Ədalət Məhkəməsi 28 noyabr 2023-cü il tarixində qərar verib ki, üzv ölkələrin dövlət idarələri işçilərin iş yerlərində dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edə bilər.