İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqayın cangüdəni özünə atəş açaraq intihar edib.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Haydar İnanır Karşıyaka Bələdiyyə Başçısı olduğu müddətdən bəri İzmir Böyükşəhər Bələdiyyə sədri Cəmil Tuqayın cangüdəni olub.
İnanırın özünü tapança ilə vurduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az