Pianoçu, cazmen, pedaqoq Rövşən Rzayev dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə onun dostu, vokalist, bəstəkar Qasım Xəlilov sosial şəbəkə hesabında paylaşım edib.
Q.Xəlilovun sözlərinə görə, Azərbaycan Milli Konservatoriyasında pedaqoq kimi də fəaliyyət göstərən Rövşən Rzayev estradamızın başlanğıcında dayanıb, Rəşid Behbudov və Müslüm Maqomayevlə çalışıb:
“Bu gün Rövşənin tələbəsi gənc cazmenlərin müsabiqəsində instrumental ifaçılar arasında birinci yeri tutdu. Bu gün Beynəlxalq Caz Günüdür və bu gün belə bir cazmeni itirdik”.