Çeboksarıda 17 mərtəbəli binanın bir hissəsi qoparaq yoldan keçəni az qala öldürəcəkdi.
İnterpress.az xəbər verir ki, Çeboksarıda güclü külək nəticəsində eyvanlardan birinin kərpic hörmələri 17-ci mərtəbədən düşüb.
Bu zaman bir qadın evin pəncərələrinin altında gəzirmiş. Xoşbəxtlikdən o, yüksək səs eşidib və kərpiclər dayanmış avtomobillərin üzərinə düşən kimi gizlənib.
Park edilmiş maşınlar yararsız hala düşüb.
Artıq Kalininski Rayon Prokurorluğu bu hadisə ilə bağlı araşdırma təşkil edib. Ev 2019-cu ildə tikilib.
Xuraman Etibarlı
İnterpress.az