Bir ailənin sevincibackend

Bir ailənin sevinci

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019  – cu ilin avqustunda Cəfərovlar ailəsində dünyaya gələn üçəmlər artıq 2 yaşına qədəm qoyub.  Qeyd edək ki, həmin tarixdə Bakı şəhərində Cəfərovlar ailəsində üçəmlər dünyaya gəlib. İkisi oğlan biri isə qızdır.

Cəfərovlar ailəsinin sevincinin həddi hüdudu yoxdur. Maraqlı məqam ondan ibarətdir ki, ailə üzvlərinin ümumi razılığı ilə uşaqlarının birinin adını Ulu Öndər Heydər Əliyevin şərəfinə Heydər, digər oğlan uşağının adını ölkə Prezidenti cənab İlham Əliyevin şərəfinə İlham,  qız uşağına isə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın şərəfinə Mehriban adlandırıblar.

Ailə hesab edir ki, bu adlar uşaqlara uğur gətirəcək və onlar ölkəsinə adlarını daşıdıqları şəxsiyyətlər kimi faydalı olacaqlar. Üçəmlərə və onların ailəsinə xoşbəxtlik arzu edirik.

 

 

İnterpress.az