Dünyanın aparıcı kriptovalyutası olan bitkoin 45 min ABŞ dollarına kimi ucuzlaşıb.
İnterpress.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,12 % azalıb, son 7 gündə isə 5,97 % artıb. Nəticədə bitkoinin kapitallaşması 881 milyard ABŞ dolları ətrafında qərarlaşıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1 % azalıb, son bir həftədə isə 5,92 % artaraq 2 361 ABŞ dolları olub.
İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər itirən “Solana” olub. Kriptovalyuta son bir sutkada 5,84 %, son bir həftədə isə 3,5 % ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,74 trilyon ABŞ dolları təşkil edir.