BMT Baş Assambleyasının Prezidenti Azərbaycan və Ermənistan arasında normallaşma prosesini alqışlayırbackend

BMT Baş Assambleyasının Prezidenti Azərbaycan və Ermənistan arasında normallaşma prosesini alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında normallaşma prosesini alqışlayıram və bu təşəbbüsə görə hər iki ölkəni təbrik edirəm.

İnterpress.az xəbər verir ki, bunu “Report”un ABŞ bürosuna müsahibəsində BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis (Dennis Francis) deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında yeni barışıq, dialoq və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan addımları böyük məmnunluqla izləyib və bununla bağlı xəbərləri zövq alaraq oxuyub:

“Bu, hər iki ölkənin getməli olduğu dəqiq istiqamətdir. Biz münaqişələri və mübahisələri təcavüz yolu ilə həll edə bilmərik. Zorakılıq etibarlı nəticələr vermir. Yalnız dialoq yolu və danışıqlarla, ortaq razılığa gəlmək bizi nəticələrə apara bilər. Bir-birinin mülki mövqeyini sivil qaydada və hörmətli şəkildə başa düşmək hər iki tərəfin xoşbəxt olduğu sabit uzunmüddətli nəticələr yaratmaq potensialına malikdir”.