BMT Ukraynaya 4,2 milyard dollarlıq yardım göstərməyə çağırırbackend

BMT Ukraynaya 4,2 milyard dollarlıq yardım göstərməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə Ukraynadakı müharibədən zərər çəkənlərə və ukraynalı qaçqınlara dəstək üçün ümumilikdə 4,2 milyard dollar yardım çağırıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin Cenevrədəki ofisində BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən 2024-cü il üçün “Ukrayna regional qaçqın və humanitar cavab planı”nın işə salınması ilə bağlı mətbuat konfransı keçirilib.

İclasda BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məruzəçi qismində iştirak ediblər.

Rusiya ilə Ukrayna arasındakı müharibənin gələn ay üçüncü ilinə girəcəyini xatırladan Griffiths, bu vəziyyətin ölümlərə, ümidsizliyə və qaçqın axınına səbəb olduğunu vurğulayıb.

Ukraynada 14,6 milyon insanın (əhalinin 40 faizi) yardıma ehtiyacı olduğunu qeyd edən Qriffits deyib ki, Ukraynada 4 milyon insan ölkə daxilində didərgin düşüb.

Qriffits Ukraynada təxminən 3,3 milyon insanın döyüş bölgələrində və bombardman altında yaşadığını ifadə edərək, bunun təəccüblü dərəcədə yüksək rəqəm olduğunu vurğulayıb.